Zaxoda terakt (1995)

Zaxoda terakt — 27 fevral 1995-ci ildə, səhər saat 8:18-də İraqda, Kürdüstan regionunda, Dəhuk mühafəzəsində, Türkiyə sərhədindən 19 kilometr (12 mil) məsafədə yerləşən Zaxo şəhərində bombalı maşının partlaması. Bu, insidentdən doqquz ay əvvəl başlayan İraq Kürdüstanında vətəndaş müharibəsi zamanı baş vermişdir. Bomba 150 kiloqram (330 funt) çəkidə dinamitdən hazırlanmışdır. Avtomobil (taksi) çoxlu ziyarətçisi olan bazarda yerləşən çayxananın önündə partlamışdır. Terakt zamanı 100 nəfər həlak olmuş, 150 nəfər yaralanmışdır.[1]

  1. "Car bomb kills at least 100 in Kurdish Iraq". 2021-05-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-05-21.

Developed by StudentB